TANAP layihəsinin baş meneceri: “TANAP kəməri ilə ilk qaz 2018-ci ildə tədarük olunacaq”

TANAP layihəsinin baş meneceri: “TANAP kəməri ilə ilk qaz 2018-ci ildə tədarük olunacaq”
# 29 fevral 2016 11:45 (UTC +04:00)

Bakı-APA. Trans-Anadolu qaz kəməri (TANAP) ilə ilk qaz 2018-ci ildə tədarük olunacaq, 2020-ci ildən isə qazın axını başlanacaq.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol bildirib.

S. Düzyol layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün hədəflərin cədvələ uyğun yerinə yetirildiyini qeyd edib, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR