"DəmirBank" ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir

"DəmirBank" ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir
# 01 iyun 2016 08:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Daim gənclərin inkişafında, onların möhkəm karyera təməlinin formalaşmasında fəal iştirak edən “DəmirBank” ASC 27 may 2016-cı il tarixində Qafqaz Universitetində “Karyerada ilk addım” adlı tədbirdə iştirak edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, universitetin tələbə və məzunlarının iştirakı ilə baş tutmuş tədbirdə bankın İnsan resursları departamentinin əməkdaşları tərəfindən onlara bankda mövcud olan vakansiyalar və “Yay Təcrübə Proqramı” haqqında ətraflı məlumatlar verilib, eyni zamanda interaktiv müzakirə aparılaraq tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, “DəmirBank” və Qafqaz Universitetinin “Karyera Planlama” mərkəzi ilə aparılan əməkdaşlıq çərçivəsinə universitetin tələbələri hər il müxtəlif sahələr üzrə təcrübə proqramından yararlanır.

“DəmirBank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq 2016-cı ilin iyun, iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcək. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr, magistr pilləsində təhsil alan və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır.

Bankla əlaqə saxlamaq üçün: Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR