Nazirlik: “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib

Nazirlik: “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib
# 25 iyul 2016 14:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyi “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox" adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR