Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb
# 25 iyul 2016 10:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan piyada yolla gələn 2 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9,606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83,418 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR