Şirvanda baş verən partlayışın ilkin detalları məlum olub

Şirvanda baş verən partlayışın ilkin detalları məlum olub
# 26 iyul 2016 13:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Şirvan şəhərində baş verən partlayışla bağlı ilkin detallar məlum olub. Şirvandan Milli Məclisə seçilən deputat Rafael Cəbrayılov APA –ya bildirib ki, hadisə təxminən 15-20 dəqiqə bundan əvvəl Şirvandakı Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunun ləğv etmə sexində baş verib.

Sex zavoddan bir qədər kənarda yerləşir. Sexdə 30-a qədər şəxsin çalışır və hazırda tələfat barədə dəqiq məlumat yoxdur. Deputat onu da bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və yanğının qarşısı alınır: “Özüm şəhər rəhbərliyi ilə əlaqədəyəm və hadisəni izləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR