Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin sayı açıqlanıb
# 16 aprel 2016 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Azərbaycanda 368 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin aparıcı məsləhətçisi Hilal Salmanov deyib.

O bildirib ki, onlardan 162-si idman məktəblərinin payına düşür. Uşaq-Gənclər İdman məktəblərinin sayı 95 (10 məktəbin ixtisaslaşdırılmış olimpiya ehtiyatları statusu var), uşaq-gənclər şahmat məktəblərinin sayı 66-dır (4 məktəbin ixtisaslaşdırılmış olimpiya ehtiyatları statusu var). Məktəbdənkənar müəssisələrdən biri isə Uşaq-Gənclər Fiziki Hazırlıq klubudur.


H. Salmanovun sözlərinə görə, idman məktəblərində 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir. İdman müəssisələrində ümumilikdə 5515 qrup fəaliyyət göstərir. Qruplar üzrə məşğul olanların ümumi sayı 65 mindən artıqdır. Bütün idman müəssisələri üzrə ötən il ümumilikdə 2850 medal (867 qızıl, 869 gümüş, 1114 bürünc) qazanılıb. Beynəlxalq turnir, birincilik, çempionat və s. yarışlarda 564 medal qazanılıb, onlardan 184 qızıl, 167 gümüş, 213 bürüncdür.


Respublika yarışlarında isə 2286 medal qazanılıb. Onlardan 683 qızıl, 702 gümüş, 901 bürünc olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR