Azərbaycan prezidenti litvalı həmkarını təbrik edib

Azərbaycan prezidenti litvalı həmkarını təbrik edib
# 15 fevral 2016 16:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev litvalı həmkarı Dalya Qribauskayteni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım prezident, Litva Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR