Şəmkirdə iki nəfər dəm qazından zəhərlənib

Şəmkirdə iki nəfər dəm qazından zəhərlənib
# 30 noyabr 2015 18:38 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün rayonun Posanlı kənd sakini, 1998-ci il təvəllüdlü Ruzalə Həsənova və Mahmudlu kənd sakini, 1986-cı il təvəllüdlü Xatirə Qurbanova dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Hər iki nəfərə tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə R. Həsənova və X. Qurbanova yaşadıqları evlərin vanna otağında olarkən zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR