Elmar Məmmədyarov Çexiyaya gedib

Elmar Məmmədyarov Çexiyaya gedib
# 03 may 2016 11:26 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov may 4-də Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çexiya, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, iclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR