“Texnikabank”ın əmanətçilərinə 116,5 mln. manatdan artıq kompensasiya ödənilib

“Texnikabank”ın əmanətçilərinə 116,5 mln. manatdan artıq kompensasiya ödənilib
# 28 aprel 2016 12:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Lisenziyası ləğv olunan “Texnikabank” ASC-nin seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərinə 116 mln. 535 min manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. “Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR