ARDNF-in gəlir və xərcləri 33-34% azaldılır

ARDNF-in gəlir və xərcləri 33-34% azaldılır
# 14 sentyabr 2015 18:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcmal büdcəyə daxil olan Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 6 mlrd. 711,6 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 3 mlrd. 534,1 mln. manat və yaxud 34,5% azdır.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il üçün büdcəsinin xərcləri 8,2 mlrd. manat təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 4 mlrd. 104,8 mln. manat və yaxud 33,4% azdır.

Fondun xərclərinin 6 mlrd. manatı və yaxud 73,2%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 mlrd. 150,5 mln. manatı və yaxud 26,2%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payı), 49,5 mln. manatı və yaxud 0,6%-i 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə və 2016-2020-ci illərdə gənc mütəxəssislərin xaricdə təhsili, ali təhsil müəssisələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR