Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək
# 28 mart 2016 11:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov aprelin 4-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 28, 29, 30, 31 mart və 1 aprel tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR