“Nokia” 30 ölkədə iş yerlərini ixtisar edəcək

“Nokia” 30 ölkədə iş yerlərini ixtisar edəcək
# 21 may 2016 02:48 (UTC +04:00)

Bakı-APA. “Nokia” şirkəti Finlandiyada mindən çox əməkdaşını ixtisar edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu addım 2018-ci ilədək xərclərin 900 milyon avroyadək azalması üçün nəzərdə tutulmuş proqram çərçivəsində atılır.

Məlumata əsasən, “Nokia” daha 30 ölkədə ixtisarların aparılmasına dair danışıqlar aparır.

Bununla belə, “Nokia” smartfon və planşetlər bazarına qayıtmaq niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR