Rusiya vətəndaşlarının 82 faizi prezident Putinin fəaliyyətini dəstəkləyir

Rusiya vətəndaşlarının 82 faizi prezident Putinin fəaliyyətini dəstəkləyir
# 27 aprel 2016 11:07 (UTC +04:00)

Bakı - APA. Rusiyada keçirilən rəy sorğusuna əsasən vətəndaşların 82%-i prezident Vladimir Putinin fəaliyyətini bəyənir.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu göstərici ilin əvvəlindən dəyişməz olaraq qalır.

Rəy sorğusuna əsasən, Rusiya baş naziri Dmitri Medvedyevin fəaliyyətini vətəndaşların 54%-i bəyənir.

Ümumilikdə vətəndaşların 54%-i hökumətin, 41%-i isə Dövlət Dumasının fəaliyyətini müsbət qiymətləndirib.

Sorğuda iştirak edənlər etimad göstərdikləri siyasətçilərin adlarını da açıqlayıblar. Siyahıda birinci yerdə 56%-lə Rusiya prezidenti Vladimir Putin, 2-ci yerdə 26%-lə müdafiə naziri Sergey Şoyqu, 3-cü yerdə isə 22%-lə xarici işlər naziri Sergey Lavrov qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR