Əlahiddə Çevik Polis Alayı DİN sisteminə daxil olan qurumlar sırasına daxil edilib

Əlahiddə Çevik Polis Alayı DİN sisteminə daxil olan qurumlar sırasına daxil edilib
# 30 dekabr 2015 20:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının statusu müəyyənləşib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə fərman verib.

Dəyişiklik Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlarla bağlıdır. Daxili İşlər Nazirliyinin sisteminə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Daxili Qoşunların hərbi hissə və bölmələri, Daxili Qoşunların Ali Hərbi Məktəbi, Polis Akademiyası (baş idarə səlahiyyətli), sıravi və kiçik rəis heyəti hazırlayan məktəb, nizami polis hissələri, Bakı Şəhər Baş Polis İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və digər ərazi və ixtisaslaşdırılmış polis orqanları və qurumlar daxildir.

Dəyişikliyə əsasən Əlahiddə Çevik Polis Alayı da Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlar sırasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR