ABŞ Konqresi Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib

ABŞ Konqresi Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib
# 12 fevral 2016 19:52 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresinin Nümayəndələr palatası səs çoxluğu ilə Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qətnamənin lehinə 408, əleyhinə isə cəmi iki konqresmen səs verib.

Şimali Koreyanın nüvə və raket proqramına qarşı yönələn qətnamə layihəsi rəsmi Pxenyana və onunla tərəfdaşlıq edən bütün tərəflərə şamil edilir.

Qeyd edək ki, fevralın 10-da ABŞ Senatı sanksiyaların genişləndirilməsini dəstəkləyib. Bundan sonra sənədi ABŞ prezidenti Barak Obama təsdiqləməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR