Elmar Məmmədyarov Tiflisdə Heydər Əliyevin büstünü ziyarət edib

Elmar Məmmədyarov Tiflisdə Heydər Əliyevin büstünü ziyarət edib
# 29 avqust 2016 14:56 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkənin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların memorial kompleksini və Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.

APA-nın xəbərinə görə, nazir memoriala və abidəyə əklil qoyub.

Sonra E. Məmmədyarov Heydər Əliyev Parkına baş çəkib və parkın ətrafında Azərbaycan şirkətləri tərəfindən inşa olunan hotelləri nəzərdən keçirib.

Qeyd edək ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılan memorialda 5 azərbaycanlının da adı yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR