Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
# 25 sentyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbuhi Həsənov adlı şəxs aralarında yaranmış münaqişə zəminində Tural Abdullayev adlı şəxsi bıçaqlayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR