Obama ABŞ-ın İran neftinin satışına əngəl törətməyəcəyini vəd edib

Obama ABŞ-ın İran neftinin satışına əngəl törətməyəcəyini vəd edib
# 20 may 2016 02:34 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama milli təhlükəsizlik haqqında qanuna ABŞ-ın İran neftinin satışına bir daha əngəl törətməyəcəyini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

“Hərtərəfli birgə tədbirlər planına (İranın nüvə probleminə dair saziş) uyğun olaraq, ABŞ bundan sonra İranın xam neftinin satış həcminin azaldılmasına yönələn mövqedən çıxış etməyəcək. ABŞ-ın bu qərarı Tehranın nüvə proqramı ilə bağlı atdığı və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiqləndiyi addımlarından sonra qüvvəyə minmiş Hərtərəfli birgə tədbirlər planı çərçivəsində üzərinə götürdüyü öhdəliyin icrasına yönəlib”, - deyə Obama tərəindən imzalanmış sənəddə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR