Bakıda BMT-nin Sivilizasiyalar Alyansına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Bakıda BMT-nin Sivilizasiyalar Alyansına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
# 25 aprel 2016 19:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda BMT-nin Sivilizasiyalar Alyansına (UNAOC) həsr olunmuş “Me, We, Us” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl Nasir, media nümayəndələri iştirak edib.

Təqdimatı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından forumun Bakıda keçirilməsinə verdikləri dəstəyə görə BMT-nin Sivilizasiyalar Alyansına təşəkkür edib.

Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verdiyini qeyd edən nazir, bu sahədə görülən işlərdən birinin də adıçəkilən kitabın hazırlanması olduğunu deyib.

“Kitab, bilik heç vaxt itməyən dəyərlərdir. Bu kitab çox ciddi işin nəticəsidir. Kitabın hazırlanması Azərbaycan rəhbərliyi və Sivilizasiyalar Alyansın rəhbərliyi tərəfindən dəstəklənib. Kitabda mədəniyyətlərin sülh içində birgə yaşayışını, qarşılıqlı anlaşmanı nəzərdə tutan ideyalar və yanaşmalar yer alıb”.

Bakının çox sayda tədbirlərə ev sahibliyi etdiyini deyən Ə. Qarayev bu ənənənin Heydər Əliyev fondunun əsas fəaliyyət istiqaməti olduğunu deyib.

“Qeyd etmək istəyirəm ki, Mədəniyyətlərarası dialoq üzrə dünya forumu və Bakı prosesi UNAOC, UNESCO, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO tərəfindən də dəstəklənir. Bu dəstəyə görə minnətdaram, Forumun işinə uğurlar arzulayıram”.

Daha sonra çıxış edən Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl Nasшr müasir dövrdə sivilizasiyalararası toqquşmaların bəzi nümunələrinin miqrant və qaçqınlara münasibətdə özünü göstərdiyшni deyib. Onun sözlərinə görə, Sivilizasiyalar Alyansının əsas məqsədi müxtəlif din və mədəniyyətlərin bir arada yaşamasını təşviq etməkdir.

Kitabın mədəniyyətlərarası dialoqu təbliğ etmək baxımından çox dəyərli olduğunu deyən ali nümayəndə, eyni zamanda bunun Azərbaycan və Sivilizasiyalar Alyans arasında əməkdaşlığın nümunəsi olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR