Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib
# 19 mart 2016 11:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Maliyyə Nazirliyinin kollektivi Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə ilə bağlı iməcilik keçirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi iməcilik zamanı ərazidə ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, xeyli sayda ağac və kol bitkiləri əkilib.

Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, eyni zamanda əvvəlki illərdə həmin ərazidə əkilmiş ağaclara da qulluq olunub, suvarma işləri görülüb.

“Bu gün Bakı şəhəri və Abşeron yarımadasında ağacəkmə və yaşıllaşdırma istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən belə iməciliklərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR