Azərbaycan qızıl istehsalını 30% artırıb

Azərbaycan qızıl istehsalını 30% artırıb
# 16 sentyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 510,8 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 30% çoxdur. Nəticədə bu ilin sentyabr ayının 1-ə 73,1 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 62,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,8% azdır. Nəticədə bu ilin sentyabr 1-ə 5,2 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR