Azərbaycanda yabanı dərman bitkilərinin lisenziyasız toplanmasının qarşısı alınacaq

Azərbaycanda yabanı dərman bitkilərinin lisenziyasız toplanmasının qarşısı alınacaq
# 03 oktyabr 2016 21:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda yabanı dərman bitkilərinin qanunsuz toplanmasına və satışına nəzarətin gücləndiriləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Milli Strategiyaya əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2017-2019-ci illərdə yabanı dərman bitkilərinin xammalının yalnız lisenziya almış fiziki və hüquqi şəxslər tərəfindən tədarük edilməsini, yabanı dərman bitkilərinin yığılması və istifadəsi üçün müvafiq qanunla müəyyən edilmiş qaydalar və təlimatlar hazırlanmasını təmin etməlidir.

Qeyd edək ki, hazırda Azərbaycanda yabanı dərman bitkiləri xammalının yığılması üçün lisenziya tələb olunur. Lisenziya üçün dövlət rüsumunun məbləği 250 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR