DİN İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

DİN İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb
# 26 dekabr 2015 11:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Daxili İşlər Nazirliyi (DİN) İmişli şəhərində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, dekabrın 26-da saat 01 radələrində İmişli şəhər sakini Elçin Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Nazim Pənahova məxsus “ZiL” markalı avtomobilə vurub. Nəticədə E. Kərimovun sərnişinləri Elçibəy Mürşüdov, Valeh Əmirov və Samir Cavadov hadisə yerində ölüb, onun özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR