Rusiyada 6,2 bal gücündə zəlzələ baş verib

Rusiyada 6,2 bal gücündə zəlzələ baş verib
# 06 sentyabr 2016 02:03 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kamçatka diyarında, Komandor adalarında 6,2 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqsindən 170 km aralıda, ocağı isə 50 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkən yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR