Sankt-Peterburqda silahlı hücumda iştirak edən azərbaycanlı saxlanılıb

Sankt-Peterburqda silahlı hücumda iştirak edən azərbaycanlı saxlanılıb
# 07 iyun 2016 10:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Sankt-Peterburq şəhərində ailə soyğunçuların silahlı hücumuna məruz qalıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, hücum edənlərin məqsəd içərisində 3,1 milyon rubl olan çantanı oğurlanmaq olub.

Məlumata əsasən, soyğunçular artıq saxlanılıb.

Növbətçi hissəyə müraciət edən şəxs bildirib ki, 3,1 milyon rubl məbləğində pulu mübadilə məntəqəsindən çıxarıb həyat yoldaşı ilə birlikdə avtomobillə evlərinə yollanıblar. Evin yaxınlığında onlara qara geyimli 3 naməlum şəxs hücum edib. Soyğunçular odlu silahdan 3 dəfə atəş açdıqdan sonra vətəndaşın əlindəki çantanı alsalar da, çox uzağa gedə bilməyiblər. Rusiya ərazisində qeydiyyatda olmayan Azərbaycan və Gürcüstan vətəndaşları dərhal saxlanılıb. Onlardan biri əvvəllər dələduzluğa görə məhkum edilib.

İstintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR