G 20 sammiti rәsmən başlayıb

G 20 sammiti rәsmən başlayıb
# 15 noyabr 2015 12:46 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. Türkiyәnin Antalya şәhәrindә G 20 sammiti rәsmən başlayıb.

APA-nın mәlumatına görә, tәdbirdә iştirak üçün Antalyaya gәlәn dünya liderlәrinin Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qarşılanma mәrasimi keçirilib. Ardınca dövlәt başçıları ailә fotosu çәkdirib.

Azәrbaycan prezidenti İlham Әliyev dә Türkiyә prezidentinin xüsusi qonağı qismindә sammitә qatılır.

Xatırladaq ki, ötәn gün Parisdә baş verәn terror hücumları zirvә toplantısının gündәmini terrorla mübarizәyә çevirib. Daha öncә global iqtisadi vә qaçqın probleminin әsas müzakirә mövzusu olacağı deyilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR