“Unibank” yeni kredit məhsulunu təqdim edib

“Unibank” yeni kredit məhsulunu təqdim edib
# 16 sentyabr 2015 08:56 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank” yeni kredit məhsulu təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indi 25-60 yaş arası hər kəs, “Unibank”ın yeni girov təminatlı “Böyük arzu” kreditindən faydalana bilər.

“Böyük arzu” krediti müvafiq girov təminatı əsasında rəsmiləşdirilir. Bu kreditinin minimal məbləği 7000 USD/AZN, maksimal məbləğ isə 30 000 USD/AZN təşkil edir.

“Böyük arzu” krediti niyə sərfəlidir:

• Aşağı faiz dərəcəsi - illik 20%-dən başlayır;

• Uzun müddətlidir - kredit 12 aydan 84 ayadək müddətinə ayrılır;

• Kredit üzrə komissiya haqqı aşağıdır.

“Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR