İqbal Ağazadənin seçki qərargahı Ağdaşda növbəti görüş keçirib

İqbal Ağazadənin seçki qərargahı Ağdaşda növbəti görüş keçirib
# 02 iyun 2016 14:44 (UTC +04:00)

Bakı-APA. İyunun 2-də Ümid Partiyasının sədri, 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd İqbal Ağazadənin seçki qərargahı Ağdaşda “qapı-qapı” təbliğat kampaniyasını davam etdirib.

Seçki qərargahından APA-ya verilən məlumata görə, Ağdaş şəhər sakinləri ilə görüşdə qərargah üzvləri minlərlə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib. Onlar seçiciləri 18 iyunda keçiriləcək seçkilərdə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.

Seçicilər artıq öz namizədlərini müəyyənləşdirdiklərini bildirərək İqbal Ağazadəyə səs verəcəklərini deyiblər.

Sakinlər rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR