“AzSığorta” ötən ili böyük mənfəətlə başa vurub

 “AzSığorta” ötən ili böyük mənfəətlə başa vurub
# 01 aprel 2016 07:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AzSığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 2 mln. 342,776 min manat və ya 4,01% artaraq 60 mln. 711,684 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 5 mln. 180,872 min manat, cəmi qısamüddətli aktivləri isə 55 mln. 530,813 min manat təşkil edib.

2014-cü il ilə müqayisədə ötən il “AzSığorta”nın nizamnamə kapitalı dəyişməyərək 20 mln. 300 min manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 38 mln. 265,533 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 2 mln. 663,900 min manat və ya 74,83% çoxdur.

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 321,124 min manat və ya 1,41% azalaraq 22 mln. 446,151 min manat təşkil edib. Hazırda “AzSığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 20 mln. 645,019 min manat, cəmi qısamüddətli öhdəlikləri 1 mln. 801,133 min manat təşkil edir.

Hesabat dövründə şirkətin gəlirləri 46 mln. 858,838 min manat, xərcləri 25 mln. 146,598 min manat olub. Sığortaçı 2015-ci ili 17 mln. 369,792 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR