MSK katibi Mikayıl Rəhimli: “Seçkiləri müşahidə etmək üçün 37 beynəlxalq təşkilatdan müraciət olub” - VİDEO

MSK katibi Mikayıl Rəhimli: “Seçkiləri müşahidə etmək üçün 37 beynəlxalq təşkilatdan müraciət olub” - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2015 17:03 (UTC +04:00)

Mövzu: Parlament seçkiləri - 2015

"Bu il namizədlərin sayı kifayət qədər çoxdur"

"Deputat mandatı uğrunda 767 namizəd mübarizə aparır və inanırıq ki, sağlam mübarizə sağlam nəticələrə gətirib çıxaracaq"

"İmzatoplama kampaniyasında bələdiyyə sədrlərinin maneçiliyi ilə bağlı bir sıra müraciətlər daxil olub"

"İndiyə kimi ciddi qanun pozuntusu ilə bağlı müraciət qəbul olmayıb"

"MSK olaraq seçkilərdə seçki subyektləri ilə, seçicilərlə kifayət qədər maarifləndirici tədbirlər keçirmişik və bu tədbirlər nəticəsini verməkdədir"

"Elə ilk hesablamadan görürük ki, cavan namizədlərin sayı çoxdur"

"Seçkilərdə 29 siyasi partiyanın namizədi iştirak edir "

"Ölkə prezidentinin ideyası budur: azad, şəffaf və demokratik seçkilərin keçirilməsi"

"2008-ci ildən veb kameralar Azərbaycanda istifadə olunmağa başlayıb və bizdə onlarla bağlı xüsusi təlimat mövcuddur"

"Veb kameralarla dünyanın istənilən ölkəsindən, istənilən seçki məntəqəsini müşahidə etmək mümkündür"

"Exit-poll keçirmək üçün artıq 4 təşkilat qeydə alınıb"

"Bu seçkilərdə istənilən Azərbaycan vətəndaşı, siyasi partiya nümayəndəsi müşahidəçi kimi iştirak edə bilər"

"Müşahidə üçün 37 beynəlxalq təşkilatdan müraciət olunub"

"Seçki dövlətin tarixində bir mərhələdir və biz də maraqlıyıq ki, müşahidəçilər qarşılaşdıqları nöqsanlarla bağlı bizi məlumatlandırsınlar”


"Şəffaflığın təmin olunmasında əsas məqsəd odur ki, Azərbaycan seçicisinin siyasi iradəsi düzgün ifadə olunsun"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR