Bakıda "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda tədbir keçirilir

Bakıda "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda tədbir keçirilir
# 22 aprel 2016 08:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün ADA Universitetində "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda tədbir keçirilir.


"APA-Economics" xəbər verir ki, tədbirdə dayanıqlı, ekoloji cəhətdən təmiz iqtisadiyyata keçid müzakirə olunur.

Tədbirdə çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bu sahənin inkişaf etdirilməsi üçün bir neçə amilə xüsusi diqqət yetirilməlidir: "İlk amil enerji mənbələrinin özlərinin mövcudluğudur. Bundan başqa, siyasi-iqtisadi durum imkan verməlidir ki, sahə inkişaf etsin. Ən vacib amil isə siyasi iradənin olmasıdır".

A. Bədəlov əlavə edib ki, bu sahədə maarifləndirmə və təşviq işlərinin aparılması da olduqca önəmlidir.

"BP-Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə deyib ki, onun təmsil etdiyi şirkət ekoloji tarazlığın qorunmasına olduqca böyük əhəmiyyət verir. "Biz hər kəsi enerji səmərəliliyinə diqqət ayırmağa çağırırıq", - deyə B. Aslanbəyli qeyd edib.

Konfransda bərpa olunan enerji sahəsində uğurlu strategiyalar həyata keçirən, tədqiqat və inkişaf sahəsində müvəffəqiyyətlər qazanmış ölkələrin təcrübəsindən faydalanmağın əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, tədbirdə enerji sahəsində fəaliyyət göstərən rəhbər şəxslər, Avropanın 15 ölkəsindən və ABŞ təhsil proqramlarının 20 nəfər məzunu iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR