Azərbaycan və Macarıstan İKT sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Macarıstan İKT sahəsində əməkdaşlığı genişləndirir
# 04 dekabr 2015 10:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel 2015” 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı çərçivəsində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə E. Vəlizadə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsinə imkanların mövcudluğunu vurğulayıb.

Səfir İmre Laslotski macar şirkətlərinin Azərbaycan bazarına göstərdiyi maraqdan söz açaraq, nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətləri təqdim edib. Ödənişli yol sistemlərindən keçid üzrə həllər, məlumat emalı mərkəzlərinin yaradılması üzrə mövcud potensial diqqətə çatdırılıb.

E. Vəlizadə bu istiqamətlərdə Azərbaycanda müəyyən addımların atıldığını, işlərin görüldüyünü bildirib. “Uptime” İnstitutunun TIER III səviyyəli texniki tələblərinə uyğun olan regionda ilk Data Mərkəzin qurulmasından söz açan nazir müavini qeyd edib ki, mərkəz və texniki heyət istismara hazırdır, mərkəzin gələcək fəaliyyətində macar şirkətləri ilə əməkdaşlıq məqsədəuyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR