Bakıda qadına qarşı 180 min manatlıq dələduzluq edilib

Bakıda qadına qarşı 180 min manatlıq dələduzluq edilib
# 27 may 2016 13:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sevda Bağır qızı Rəfiyeva 9-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək Quba rayon sakini, Səlim Hafiz oğlu Aslanovun onu aldadaraq 180 min manat pulunu aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR