Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib

Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib
# 26 dekabr 2015 13:04 (UTC +04:00)

Bakı - APA. Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib.

APA-nın xəbərinə görə, Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda ilk olaraq son dövrlərdə dünyasını dəyişən müsavatçıların və neft platformasında həlak olanların xatirəsi yad edilib.

Ölkədəki ictimai-siyasi vəziyyət və Müsavat Partiyasının vəzifələri mövzusunda Müsavat Partiyasının başqanı Arif Hacılı məruzə ilə çıxış edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı 2015-ci il Parlament seçkiləri, bu seçkilərdə Müsavat Partiyasının fəaliyyəti barədə məlumat verib. Seçki kampaniyası dövründə ayrı-ayrı namizədlərin və partiya strukturlarının gördüyü işlərdən danışıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın 2016-cı il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar hazırlanan layihəni təqdim edir.

Məclisdə Müsavat Partiyası Məclisinin bəzi daimi komissiya sədrləri çıxış edib.

Müsavat Partiyası başqanının müavini, vəkil Osman Kazımov Demokratik Rifah təşkilatının rəhbərliyinə daxil olan şəxslərin Müsavat Partiyasına qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı gedən məhkəmə prosesi barədə məlumat verib.

Məclis Müsavat Partiyasının 2016-cı il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar sənədi müzakirə edərək, əsas kimi qəbul edib.

Sonda cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR