Naxçıvan Ali Məclisinə qeydə alınan namizədlərin sayı açıqlanıb

Naxçıvan Ali Məclisinə qeydə alınan namizədlərin sayı açıqlanıb
# 30 oktyabr 2015 15:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək seçkilərdə qeydə alınan deputatlığa namizədlərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, Ali Məclisə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınıb, 1 yer uğrunda 3 nəfər mübarizə aparacaq.

Namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında seçkiqabağı təşviqat oktyabrın 20-də başlanıb və oktyabrın 31-i saat 08:00-da dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR