Xaçmazda piyadanı maşın vurub

Xaçmazda piyadanı maşın vurub
# 01 noyabr 2015 07:05 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 33 kilometrində, Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 21011 markalı avtomobil Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Qurbanov Anar Əhliman oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan A. Qurbanov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR