Həftə ərzində dəniz yolu ilə Avropaya 13 min qeyri-leqal miqrant daxil olub

Həftə ərzində dəniz yolu ilə Avropaya 13 min qeyri-leqal miqrant daxil olub
# 29 may 2016 03:27 (UTC +04:00)

Bakı-APA. Aİ donanması Aralıq dənizində 600-dən çox liviyalı qeyri-leqal miqrantı xilas etdikdən sonra, həftə ərzində dəniz yolu ilə Avropaya daxil olan qaçqınların sayı 13 minə çatıb. APA-nın xəbərinə görə, bu barədə BBC İtaliyanın rəsmi qurumlarına istinadən məlumat yayıb.

Məlumata görə, Aralıq dənizində ən çox miqrant xilas etmiş İtaliya, Almaniya və İrlandiyaya məxsus hərbi gəmilərdir.

Havanın temperaturunun yüksəlməsi son günlər Afrikadan Avropaya dəniz marşrutu ilə qaçqın axınının xeyli artmasına səbəb olub.

BBC qeyd edir ki, Aİ və Türkiyə arasında saziş əldə olunduqdan sonra dəniz yolu miqrantlar üçün əsas marşruta çevrilib. Bundan əvvəl miqrantların xeyli hissəsi Türkiyə ərazisindən Avropaya keçməyə cəhd edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR