Ərdoğan martın 15-də Azərbaycana gəlir

Ərdoğan martın 15-də Azərbaycana gəlir
# 12 mart 2016 10:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

APA-nın məlumatına görə, səfər martın 15-də baş tutacaq.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR