İtaliya İranda 4 milyard dollar dəyərində iki sürətli dəmir yolu tikəcək

İtaliya İranda 4 milyard dollar dəyərində iki sürətli dəmir yolu tikəcək
# 17 aprel 2016 13:05 (UTC +04:00)

Bakı-APA. İtaliya İranda 4 milyard dollar dəyərində iki yüksək sürətli dəmir yolunun tikintisinə sərmayə ayıracaq.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumatına görə, bununla bağlı İtaliyanın ITINERA şirkəti ilə İranın iki şirkəti arasında müqavilə imzalanıb.

ITINERA şirkətinin rəsmi nümayəndəsi Pino Arlaçi deyib ki, hazırda sərmayə qoyuluşu ilə bağlı sığorta və bank məsələləri üzərində iş gedir. Hesablaşma zamanı avrodan istifadə ediləcək. İran Dəmir Yol Təşkilatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Abbas Nazari deyib ki, 4 milyard dollar sərmayə Qum-Arak ıə Tehran-Həmədan yüksək sürətli dəmir yolunun tikintisinə sərf olunacaq. Kredit İtaliyanın SACE Eksport-Kredit Dövlət Agentliyi tərəfindən sığortalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR