Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 15 aprel 2016 14:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirli bilinən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə prokuror ittiham aktını elan edib. Özünü təqsirli bilməyən Yusif Mirzəyev ifadə verməyib. O, bildirib ki, şahidlərin dirindirilməsi başa çatandan sonra ifadə verəcək.


Daha sonra prosesdə zərərçəkmişin hüquqi varisi ifadə verib. O, təqsirləndirilən şəxsin ağır cəza ilə cəzalandırılmasını istəyib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib.1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Yusif Mirzəyev həbs edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın pradüseri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR