Barak Obama və Raul Kastro ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - VİDEO

Barak Obama və Raul Kastro ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2015 08:53 (UTC +04:00)

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi bəyanatında bildirilir.

İki lider arasında danışıqlar Kubaya qarşı tətbiq oluna ticarət embarqosunun növbəti dəfə zəifləməsi fonunda baş tutub.

Bəyanatda qeyd edilib ki, tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımları nəzərdə keçirib. Buna baxmayaraq, bir sıra məsələlərdə hələ də qarşılıqlı anlaşılmazlıq qalmaqdadır.

Tərəflər həmçinin Roma papası Fransiskin Kubaya baş tutacaq səfərini də müzakirə edib. Liderlər qeyd edib ki, Roma papasının iki dövlət arasında münasibətlərin normallaşmasında xidmətləri danılmazdır.

Qeyd edək ki, Kuba hökuməti Roma papası Fransiskin ölkəyə səfəri ərəfəsində 3500 məhbusu azad edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR