Dilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətə başlayıb

Dilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətə başlayıb
# 15 fevral 2016 08:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Qaynar xətt”i test rejimində fəaliyyətə başlayıb. APA-nın xəbərinə görə,“Qaynar xətt”in nömrəsi 538 06 37-dir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz­liyinin qorunmasında, eləcə də ədəbi dilin normaları­na əməl olunmamasının, reklamlarda, ictimai iaşə ob­yekt­lə­rin­də Azərbay­can dilinin leksik və qrammatik qay­da­la­rı­nın pozul­ma­sının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qay­nar xəttin yaradılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR