İraqdakı kürd muxtariyyətinin baş naziri Türkiyəyə səfər edəcək

İraqdakı kürd muxtariyyətinin baş naziri Türkiyəyə səfər edəcək
# 26 dekabr 2015 09:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İraqın şimalındakı kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani bu gün Türkiyəyə səfər edəcək.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bərzaninin ofisindən bildirilib. “Baş nazir Neçirvan Bərzani bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək”, - deyə yazılı açıqlamada qeyd edilib.

Görüşlərdə Türkiyə və İraqın kürd bölgəsi arasındakı münasibətlər, terrorla mübarizə və regional məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR