Şirvan sakini özünü asıb

 Şirvan sakini özünü asıb
# 27 noyabr 2015 15:11 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynalı - APA. Şirvanda intihar hadisəsi baş verib.

APA-nın Mil Muğan bürosunun verdiyi məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü Ağayev İbrahim İsmayıl oğlu özünü yaşadığı evin həyətində qaz borusundan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR