"Ziraat Bank Azərbaycan" fəaliyyətinin ilk ilini mənfəətlə başa vurub

"Ziraat Bank Azərbaycan" fəaliyyətinin ilk ilini mənfəətlə başa vurub
# 19 fevral 2016 07:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Ziraat Bank Azərbaycan” ötən ili üzrə maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, 2015-ci ildə bankın aktivlərinin həcmi 90,245 mln. manat təşkil edib.


Bankın kredit portfelinin həcmi 11,175 mln. manata, depozit portfeli isə 4,702 mln. manata bərabər olub.

Bankın öhdəlikləri 36,011 mln. manatdır.

Hesabat dövründə bankın məcmu kapitalı 53 mln. 981,718 min manat, nizamnamə kapitalı isə 50 mln. manat təşkil edib.


Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” fəaliyyətinin ilk ilini 3 mln. 459 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR