"Rabitəbank" ötən ili 2,3 mln. manatlıq mənfəətlə başa vurub

"Rabitəbank" ötən ili 2,3 mln. manatlıq mənfəətlə başa vurub
# 19 yanvar 2016 07:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il yanvarın 1-ə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 450,731 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,75% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin sonuna bankın kredit portfeli 233,457 mln. manat olub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,91% artım deməkdir.

Kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 38,32% artaraq 13,933 mln. manat təşkil edib ki, bu da mövcud kredit portfelinin 6%-ni təşkil edir.

Bankın depozit portfeli 58,44% artaraq 308,342 mln. manata çatıb.

Bankın məcmu kapitalı hesabat dövründə 19,12% artaraq 67 mln. 247 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 48,5 mln. manat təşkil edib.

Ötən il bankın gəlirləri 0,9% artaraq 53,018 mln. manat, xərcləri isə 29,8% azalaraq 18,515 mln. manat təşkil edib.

Ötən il “Rabitəbank”ın əldə etdiyi mənfəət 2 mln. 323 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR