ABŞ-da elektrik qatarı qəzaya uğrayıb, 3 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb

ABŞ-da elektrik qatarı qəzaya uğrayıb, 3 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb
# 29 sentyabr 2016 18:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu-Cersi ştatında elektrik qatarının qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Hoboken şəhərində baş verib.

Yüksək sürətlə hərəkətdə olan elektrik qatarı vağzalın platformasına çırpılıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti kritikdir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR