DGK: "Sınıq Körpü" gömrük postunda yarana sıxlıq tam aradan qaldırılıb

DGK: "Sınıq Körpü" gömrük postunda yarana sıxlıq tam aradan qaldırılıb
# 14 mart 2016 09:40 (UTC +04:00)

Bakı - APA-Economics. Martın 13-dən 14-ə keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb və tez bir zamanda tam aradan qaldırılıb.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, həftənin istirahət günlərində və bayram günləri ərəfəsində qonşu Gürcüstana səyahət edənlərin intensiv şəkildə geri qayıtması “Sınıq Körpü” gömrük postunun idxal nəzarət xəttində iş rejiminin gərginləşməsi ilə nəticələnib: "Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində təqribən 2 saata qədər nisbi sıxlığın yaranmasına səbəb olub. Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib".

Komitədən bildirilib ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR