Gürcüstana külli miqdarda həşiş keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb - FOTO

Gürcüstana külli miqdarda həşiş keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb - <span style="color: red;">FOTO
# 13 may 2018 09:39 (UTC +04:00)

Gürcüstana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata əsasən, Gürcüstan-Türkiyə sərhədində Vale sərhəd-keçid məntəqəsi ərazisində saxlanılmış Azərbaycan vətəndaşının üzərində axtarış zamanı 1 kiloqram 500 qram çəkidə həşiş aşkar olunub.

Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

DİN-nin məlumatına əsasən, yanvarın 1-dən may ayının 10-na qədər həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 9 kiloqram heroin, 1 kiloqram 200 qram kokain, tərkibində buprenorfin olan 5 000 həb və digər narkotik tərkibli vasitələr müsadirə olunub.

Qeyd edək ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində Gürcüstana 1400 ədəd “suboksin” həbi keçirməyə cəhd etmiş 2 Azərbaycan vətəndaşı saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR